<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Mən tamam itmişdim, Sən məni tapdın,
 Yaddan da çıxmışdım, Sən yada saldın.
 Ağacından qopan tənha yarpaq tək üzürkən havada
 Əlini uzadıb Sən məni tutdun,
 Bunları Sən etdin, Sən etdin mənə.

[C1]
   Tamam üzülmüşdüm şəfqət göstərdin,
   Yox olub getmişdim nəzər yetirdin.
   Yaralarıma da məlhəm qoyaraq
   Sevgi nəfəsiylə məsh etdin məni.
   Bunları Sən etdin, Sən etdin mənə,
   Bunları Sən etdin mənə.

[V2]
 Kar idi qulaqlarım, açdın Sən,
 Kor idi gözlərim, indi görürəm.
 Yolundan azmış tənha quzutək
 Uçurum kənarında qarşıma çıxdın, götürdün məni.
 Bunları Sən etdin, Sən etdin mənə.

[C2]
   Tamam əzilmişdim, şəfqət göstərdin,
   Tamam üzülmüşdüm, təsəlli verdin.
   Tamam çarəsizdim, dadıma yetdin,
   Ölüm diyarından Sən aldın məni,
   Bunları Sən etdin, Sən etdin mənə,
   Bunları Sən etdin mənə.</lyrics>
<title>Mən tamam itmişdim, Sən məni tapdın İL487</title>
<hymn_number>487</hymn_number>
</song>